<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 İki qəlb Sənin qarşında
 İndi ömürlük birləşdi.
 Həm sevincdən, həm çətindən
 Keçmək üçün əhd bağladı.
 Xoş niyyətli başlanğıcda
 Xeyir - dua ver onlara.
 Mərhəmətli əllərini
 Qoy onların üzərinə.

[V2]
 Müqəddəs «hə» sözün dedi
 Onlar Allah qarşısında.
 Söz verdilər, vəd verdilər
 Sədaqətlə yaşamağa.
 Günü - gündən işıqlansın
 Verdikləri vəd Allaha,
 Qoy Sözünlə möhkəmlənsin
 Aldıqları xeyir - dua.

[V3]
 Artıq iki müxtəlif ad
 Qovuşdular bu andan.
 Ey Allahım, Özün qoru
 Qayğı, kədər, fəlakətdən.
 Tufanlardan, itkilərdən
 Bu ailə uzaq olsun,
 Qoy Sənin şərəfl i Adın
 Yollarına işıq saçsın.

[V4]
 İki könül arzuladı -
 Məhəbbətlə yaşasınlar.
 Həm sevinci, həm kədəri
 Deyinmədən bölüşsünlər.
 Bax, bu gündən iki könül
 Birləşib bir can oldular,
 Müqəddəslik, təmizliyi
 Ancaq Səndən öyrəndilər.</lyrics>
<title>İki qəlb Sənin qarşında İL353</title>
<hymn_number>353</hymn_number>
</song>